free counters 
 

İLHAMIM GƏLƏNDƏ, İLHAM GƏLƏNDƏ…

Ana… Bu təkçə 2 sait, 1 samit səsin birləşməsindən əmələ gələn söz deyil. Ana bəşərdir, kürreyi-ərzdir, cənnətdir, həyat, sabaha ümudimizdir. Ana atılmaz, anaya biganə qalmaq olmaz. Xəstələnəndə bircə sığalı bəs edər ki,sağalaq. Ümidsizliyə qapananda bircə təsəllisi qəlbimizdə ümid çırağı yandırar. Küskün olanda bircə sözü küskünlüyümüzü unutdurar. Bəlkə ona görədir ki, atalarımız deyib: uşaq anadan yetim qalır. Nə isə… Ana haqqında çox yazmaq olar! Ancaq V. Əhməd…
Nəğməkar şair V. Əhmədcə idal ana obrazı yarandı, bütün anaların ümumiləşmiş bir fenomeni yarandı. Pis yola düşən anaları haqq yoluna qaytardı. Analarını atan oğulları öz anaları ilə barışdırdı. Analar rəhmli olur, övladının hər bir səvhini bağışlayır. Ancaq bəzən biqeyrət oğullar analarını kimli ola-ola kimsəsizlər üçün dövlətimizin ayırdığı Kimsəzizlər evinə atır. Ana da atılarmı, İlahi…?
Yaxşı ki, V.Əhməd «Anam mənim»i yazdı. Çoxlarını ağlatdı, çoxlarına ana varlığını əvəzolunmazlığını, ilahiliyini, əlqatmazlığını sözün gücü ilə aşılaya bildi, ana adına abidə ucaltdı, anaları ucaltdı, analara qarşı olan bigənalik buzunu əritdi. «Anam mənim»i oxuyan hər kəs o, şerdə öz anasını görür. Deməli Vüqar Əhməd öz anasını , sənin ananı, mənim anamı dərindən tanıyır, qəlb çırpıntılarını duyur və yaşadıqları hiss və həyacanı ümumiləşdirərək bizlərə təqdim edir və qəlbimizdə analara olan sevgimizi sonsuz fəzalara doğru aparır və o sonsuzluğun zirvəsində ideal ANA dayanır…
Şer – ilhamdır, əzabdır. Vüqar Əhməddə əzablarla dolu həyatına baxmayaraq ilhamı ilə bacara bilmir. Rastlaşdığı haqsızlıqlar belə onun ilham mənbəyinə mane ola bilmir. Hər birimizə yaxın olan poeziyasının heyranları kimi o ilhamdan güc alırıq.

İlhamım gələndə coşur qələmim,
Dalğalı dəniz tək çırpının qəlbim,
Şükr edir, Allaha dualı əlim,
İlhamım gələndə, ilham gələndə

Ömründə şən günlərinin az olmasına baxmayaraq, nəğməkar şair pessimizmə qapılmır, sabaha ümidlə baxır və inanır ki, gələn günlər mütləq şən gələcək. Bu ümid , bu sanma bizlərin və qəlbində ümid toxumu səpir və ümid toxumunun cücərəcəyinə inamımımızı artırır.

Şən günləri mən sayıram gəm gəlir,
Sevinc yoxdu, əvəzinə qəm gəlir
Arzularım sərxoş olub dəm gəlir,
Sanıram ki, gələn günlər şən gəlir.

Vüqar Əhmədin qələmi hər birimizə doğmadır. O, ürəyi, o, qələmin hökmünə, gücünə heyran olan bir alim kimi V. Əhməd poeziyasına səcdə edirəm. Qoy poeziya ilə döyülən ürək heç zaman susmasın, döyünsün.

Yaşamağa odur əsas kərəyim,
Odur mənim həm güvəncim, dirəyim
Ağrıdanda yaman sancır kürəyim
Sirləyimin xəzinəsi ürəyim.

Rafiq Xan-Sayadoğlu,

Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü