free counters 
 

ABŞERON HAQQINDA DASTAN

Çox dedilər, az yazdılar
Bəyaz saçlı Abşerondan
Uzun illər əl çəkmədi
Biganəlik Abşerondan
Neçə şair mahnı qoşdu
Vəsf elədi Abşeronu
Xəzərimsə daşdı-coşdu
Qucaqlayıb Abşeronu
«İblis»dən qorudu onu
Abşeronum – bu yarımadı
Möhtac deyil heç bir adı
Öğuzların yurdu bu el
Uzandılar min-min yad əl
Bu torpağın sərvətinə
Nemətinə, dövlətinə
Türk torpağı, əfşar yurdu
Qeyrətindən qala qurdu

Yadellilər ona basğın edirlər
Qeyzləndi, qəzəbləndi Abşeron
Tamahkarlar sərvətini güdərkən
Sinəsiylə sədd yaratdı Abşeron
Hər saat şimaldan əsdi səmumlar
Ard-aranı kəsilməyən hucumlar
Abşeronun nələr çəkməmiş başı
«Xəzri»ni o doğdu cüşmənə qarşı
Bakının küləyi onun ruhudur
Kədərinin, qüssəsinin ahıdır

Mən Bakının küləyini, tufanlara dəyişmərəm
Mən Bakının küləyini, milyonlara dəyişmərəm

Sovet alimlərin Abşeronumun
Şanlı bir tarixin əyib qaraltdı
Türk soylu, türk köklü ulu babamın
Əslin gah «məcus»a, gah farsa qatdı
Abşeronlu əhaliylə ikrah ilə «tat» dedilər
Dininə də böhtan atıb, min dənə irad dedilər

Nə yaxşı ki, ad verdilər, sahilində bir otelə
Bakıdakı musafirlər, soruşurlar maraq ilə
Mehmanxana üstündəki, bu qəribə sözlər nədir?
Deyirmə ki, ay qardaşım, əfəndim, canım, ciyərim
Gəl sənə mən Abşeronun tarixindən xəbər verim
Şurəvini vaxtı ilə dolandıran bu məkandır
Torpağının altı-üstü, sərvəti bol bir cahandır
Abşeronun neftilə min-min illər dolanıblar
«Soyuz» adlı raketalar kəhkəşana yollanıblar
Vaxtı ilə bu vətənə ikrah edən, bəyənməyən
Kontraktda imza atar, nefti üçün, qazı üçün

Hesab açır, funt-sterlinq-dollar verir, ləyən-ləyən

Xəzər ağuşunda, xəzər qoynunda
Bir köhnə şəhər var, bilinmir yaşı
Min bir sirr yatır şəhər qoynunda
Uzun bir tarixdir onun hər daşı
Taleyin bu acı, sərt oyununda
Nə qədər şəhərin ağrayıb başı
Bəzən ah-naləsi ucalıb göyə
Əgər dil açsaydı onun yaddaşı
Bitməz söylədiyi sonsuz hekayə
Bu sirrli şəhərin adı Bakuyə
Bakuyə – ər şəhər, basılmaz qala
Min-min təcavüzkar salıbdır yola
«Bakuyə» dünyanın ən gözəl yurdu
Burda ancaq türklər binələr qurdu
Farın ilə fəqət dili yayıldı
Yarın bilən böyük alim sayıldı

Daş üstə salınmış qaya ucunda
Min-min möcüzə var şəhər içində
Daş şəhərdə möhkəm-iri qalalar
Bu qalalar çox görübdü bəlalar
Dünyalara səs salmışdı Bakımız
Düşmənlərdən bağ almışdı Bakımız
Qətran yataqları, neft bulaqları
İki yüz nər yükü neft qoparardı
Yüklərdilər qitara uşaqlara
Daşıyarkən yanına uzaqlara
Neft hamını Bakıya çağırırdı
Bənzəyirdi neft yasəmən yağına
Hörmət göstərirdi hər qonağına
Musafirlər heyran idi Bakıya
Çox ölkələr karvan idi Bakıya
Xoş niyyətlə gələnləri qırmazdı
Millətin kim, dinin nədir, sormazdı
Bakı əhli, riya, yalan bilməzdi
Bir qonağı o narazı qoymazdı
Qonaqlar da Bakıdan heç doymazdı
Bakı sanki qiymətsiz bir ləl idi
Ən bahalı cəvahir-gövhər idi
Ətrafında yam-yaşıl bağlar vardı
Qənşərində vulkanlı dağlar vardı
Yanar dağlar, hey püskürərsönməzdi
Od şəhəri əyilməzdi-dönməzdi
Yollar boyu uzanır, zümrüd üzüm bağları
Yaşıl fənər tək yanır, şah-əncir yarpaqları
Bakımıza səs verir xəzrinin vıyıltısı
Vətənə həvəs verir, Abşeronun ağ duzu
Bizlərə nəfəs verir mavi Xəzərin özü
Bakı vətənin gözü, Bakı vətənin üzü
Peyğəmbərin hər sözü, hər birmizin qəlbində
«Əli» ayağının izi, o Buzovna kəndində
Babamızın babası, Bakıxanov yazırdı
Burada yaşayırmış qədimdə «missigetlər»
Düşmənlə savaşırmış, türk əsilli elatlar
Maştağeyi bir vaxtlar, əsilzadə bir kübar
Qədim Alban knyazı, etmiş bir zaman səfər
Qalmış burdan çox razı, daha geri dönməmiş
Elə o vaxtdan burda muğamata, qəzələ
Əruz vəznli şerə, məhəbbət heç sönməmiş

Balaxanı – kiçik xan, xanların balacası
Amma zəngin, növcavan, sənətkarlar baxçası

Kürdəxan – girdə xındır, havası bir dərmandır
Qızları çox namuslu, igidləri aslandır

Suraxanı bacıdırr, qardaşların tacıdır
Qədim «atəşgah» burda, ən qədim torpaq burda
Qızları dağ turacı, oğlanlara «qoçu»dur
Novxanı – növhəxanı, suyu min dərdə dərman
Gəzsən bütün dünyanı, tapmazsan böylə məkan
Çillənib ağ şanısı, günəşdən alır nuru
Mərd olub əhalisi, əcdadları çox ulu
Torpağının misli yox, insanların «ağa», «xan»
Nə qədər də abdaldır, «xan» adına xor baxan
«Xan» böyüklük deməkdir, «xan» başçılıq deməkdir
«Xan» bir elə-obaya, ən güclü bir dirəkdir
«Bəylik»də türkə məxsus, «xənlaq»da türkə məxsus
ən humanist duyğular, insanlıq türkə məxsus

fatmaya – el haraya, ətraf kəndlərə dayı
möcüzədir baharı, gözəldir qışı – yayı
burada sarı əncir, təbəkkürdür – ehsandır
üzümü baldan şirin, hər bir dərdə dərmandır
insanları zəhmətkeş, əlləri düz – halaldır
fəqət insanı daim, halal zəhmət ucaldır

Pirşağı - kəndlər şahı, qədim oğuz torpağı
Pirşağı, ata yurdum, babamın səcdəgahı
Pirşağı – pir uşağı, Pirşağı – cənnət bağı
Pirşağı – göy qurşağı, min-min rəngli gözəl kənd
Abşeron yaraşığı, «Qızıl qum»lu səltənət

Binəqədi – qədim insan məskəni
Möcüzəsi heyran edibdir məni
Yaşayıb burada milyon il öncə
Mamont, boz kərkədan boyu çox uca
Hələ eramızdan çox illər əvvəl
Yurd salıb burada köçəri türklər
Binəqədi – qara qızıl mədəni
Neft qoxuyur duzu, çölü, çəməni

Türkan – türkün çox qədim obasıdır
Sanki bura nağıllar dünyasıdır
Bir gövhərsə onun saf havasıdır
Ona şərəf qızların həyasıdır
Zirə kəndi – sudur düz üç çevrəsi
Qiymətsizdir zəfəranı – zirəsi
Qarpızına mat qalıb yer kürrəsi
Burda oxur Xəzər öz təranəsin

Saray kəndi çox gözəl bir saraydır
Burda qış da bir bahardır – bir yaydır
İnsanında min-min keyfiyyət saydım
Kişləri Rüstəmi – Zala taydır

Kəndlərdən birinin adı Coratdır
Yaradan bu kəndi gözəl yaratdı
Kəndin hər diləyi, arzu – muraddır
O yaxın kəndlərə, qoldur – qanaddır

Nardaranım – nur dalanım
Zəvvarlara – yar dalanım
Qərib İmam – Rzadan
Bizə miras qalanım
Burda yatır, imamımın bacısı
Burda gedir dərdlərimin acısı
Nə qədərdir «Məşədi»si, «Hacı»sı
Segah üstə ağlayır
Burda cavan, qoca da
«Muğam» üstə köklənib
böyük də, balaca da
Şer, sənət beşiyi
Dinimizin keşiyi
Bir məktəb, mədrəsədir
Sənətkarçün Nardaran
Tarix dərsi öyrənir
Öz kökünü axtaran
Təziyədə növhəxan
Toylarda da xanəndə
Kəndin Allah eşqini
Seyr edəsən sən gendən
Kişilər növhə deyir
Şəhid İmam Hüseyndən
İman əhlidir hamı
Qocası – cavanıyla
Allaha buğlanıbdır
Onlar bütün canıyla

Bilgəhin xar tutu dərman
Sanki meyvə yox, qandır-qan
Qonağ gəlsə hər bir insan
Bilməz necə keçib zaman

Seyr eləsə Mərdəkanı
Heyran edər hər insanı
O bir gözəllər gözəli
Bir gülüstandır hər yeri
Qucaqlayıbdır hər yeri
Qucaqlayıbdır Xəzəri
Mərdəkanın cah-cəlalı
Məst eləyir könülləri

Şüvəlan – qədim obamız
Hər daşı bir qeyrət – namus
Burda yatır milyonlara
Şəfa verən övliyamız
Məsum, Mirmövsum ağamız

Buzovna canlı – səlnamə
Canlı tarix, oğuznamə
Artıq yetişib zəmanə
Şair də gəlib ilhamə
Neçə dəftər, neçə kağız qaraltdı
Abşeronun dastanını yaratdı

Bakı ruzu – bərəkətdir
Bakı qürur – əzəmətdir
İçəri şəhər bir tarix
Qız qalası səlnamədir
Sən Bakıya göylərdən bax
Sanki nağıl – əfsanədir
Cavanlara tökmə bədən
Qızlara dünya gözəli
Heyran olur gələn gedən
Yoxdur Bakının bənzəri
Küçələri hamar – hamar
Şəhər günəşdən nur əmər
Abidələr billur – billur
Möcüzələr gözü yorur
Abşeronun dirəyidir
Məmləkəti ürəyidir
Qonaqları axın-axın
Vətənləri uzaq-yaxın
Elin halal çörəyidir
Möhtacların köməyidir
Elin düşünən beyni
Vuran nəbzi, coşan qəlbi
Adı köhnə, özü yeni
Coşur şeyrin də təbi
Heyran edir Bakı onu
Vəsf eləyir Abşeronu
Abşeronda əsrlərdir
Xəzər coşur, xəzri əsir

Bakıda dost saydığımız
Demə min-min düşmən gəzir
Nə qədərdir erməni, rus
Hərəsi bir xain iblis
Aman Tanrım, bu nə səsdir
«Qorbaçov»un qılıncının
Önü, həm də dalı kəsir
Saldırıb, «Mənfur Ordu»nu
Qana boyada Bakını

Şəhidlərin dəfninəsə
Milyon-milyon insan gedir
Al – qırmız qərənfillər
Şəhidlərə ehsan gelir
Oxunur «Yasin» surəsi
Ycalır azanın səsi
Bəşərin ən unudulmaz
Ən dəhşətli faciəsi

Düşmən getdi Qarabağa
Erməni, rusun köləsi
Qəlbimizdə yara oldu
Qarabağın hekayəsi

Nardaranda millət coşdu
Maştağada qeyrət coşdu
On kafirə qan uddurdu
Bakılının bir dənəsi
Zabrat qalxdı, Bilgəh qalxdı
Əli tüfəng tuta bilən
Dəstə – dəstə ora axdı
Pirşaxının cavanları
Novxanının aslanları
Kürdəxanı qaplanları
Kafiri yandırıb yaxdı
Fatmaylılar, saraylılar
Binəqədlilər «çaylı»lar
Türkanlılar, digahlılar
Torpağı təcavüz edən
Ermənini vurub yıxdı
Minlərilə şəhid verdı
Qarabağda abşeronlum
Amma «milli qəhrəman»a
Bu cür fəxri ada layiq
Görülmədi abşeronlum
Adi bir küçəyə, bir lövhəyə də
Görülmədi abşeronlum
İndi artıq xalqın ahuzarıdır
Şəhid məzarıdır onun hər yeri

Ey yavrum, bağımızdan üz qərənfil
Şəhid məzarına düz qərənfili
Gözəl deyib türk şairi Mehmet Akif
Bayraqlara bayraq yanan üstündəki qandır
Torpaq əgər uğrunda ölən varsa vətəndir

Abşeronda güllər açır, güllər solur
Abşeronda ağsaqqallar qəmə batır
Ağbirçəklər, qız – gəlinlər saçın yolur
Qarabağ keçdikcə düşmən əlinə
Hər kəsin ürəyi acıyla dolur
Bəs günahkar kimdi görən?
Bilən bilir, hey susurlar
Haqsızlığı vecsiz – vecsiz
Kənardan niyə pusurlar?

Yalandan «Qarabağ», «Vay» deyə – deyə
Satdılar vətəni qara qəpiyə

«Tayfabazlıq», «Yerlibazlıq»
«Biz düşmənə, kafirə yox,
Millətimizə məzar qazdıq»
Bu bakıla vəzifəyə
Yox, yaramaz, bizdən deyil
Nə olsun ki, savadı var
Ağzın açır «adə» deyir
Ya «qədəş»di, ya da «cəyil»

İkrah ilə «qədeş» deyən
Nadanlara, xəbislərə
Göstərim tarı, kamanı,
Valeh olur vallah hamı
«Qədeş»lərin ifasında
Muğamlara, qəzəllərə
Müəssəməsə, təcnislərə
«Qədeş» vətənə gərəkdir
«Qədeş» ata, - ər deməkdir

Bakılını bəyənməyən
Bəs Bakıya niyə gəldin?
Bakılıdan hörmət gördün
Vəzifələrə yüksəldin
İçindəki ilan nədir?
Beynin çürüyüb gedir
Niyə sevmirsən bizi sən?
Bizdən nə pislik görmüsən?
Qoy deyim, sözün düzü sən
O kor şeytanın özüsən

Abşeronun övladları
Elin arzu - muradları
Oğulları, həm qızları
İnsanlığın ulduzları
Dahiləri, istedadı
Yox eləmək mümkün deyil
Azərilər bu şanlı xalq
İstedaddan köynək geyir

Bakı Vahidin vətəni
Bakı Səttarın vətəni
Cahangirin ana yurdu
Tofiqin günəşi – odu
Qarının ilham pərisi
Hacbabanın canlı səsi
Ağaxanın zəngüləsi
Zeynəbin şirin nəfəsi
Əlbabanın hər kəlməsi
Mən sənə qurban Bakımız
Mən sənə heyran Bakımız

Vahid şerimin Vüqarı
Bir Füzuli yadigarı
Eşq saçardı hər şüarı
Vahidə canan Bakımız

Səttarın hər bir tablosu
Həyatın bir güzgüsüdür
Səttar sənətin özüdür
Ona mehriban Bakımızı

Cahangirin yox əvəzi
Heyran qalıb yer kürəsi
Coşanda ilham pərisi
Yusifi – Kənan Bakımız

Tofiq Quliyev ölməzdir
Mahnıları bizə dərsdir
O əvəz olunmaz kəsdir
Tofiqi sevən Bakımız

Qara Qarayev örnəkdir
Musiqisi bir şimşəkdir
«Yeddi gözəl» isə təkdir
Qızları ceyran Bakımız

Hacbabanın «şur-şəhnaz»ı
Qəflətdən qopardı bizi
Kökmüzə apardı bizi
Qədim bir məkan Bakımız

Əlbabanın xoş avazı
Sevdalara saldı bizi
Ovsunladı qəlbimizi
Qəlbimə sultan Bakımız

Oxuyanda Zeynəb xanım
Damarımda dondu qanım
Böylə səs olarmı, canım?
Dillərdə dastan Bakımız

Ağaxan mömin bəndədir
Misilsiz bir xanəndədir
Eşqi bütün vətəndədir
Özü «ağa», «xan» Bakımız

Br məktəbdi xanım – Şövkət
Səsində ülvi məhəbbət
Bu nə hikmət, bu nə qüdrət
Sanki kəhkəşan Bakımız

Elmira xanımın səsi
Sanki bizə lay – lay deyir
O sənətdən min don geyir
Libası ürfan Bakımız

Məmədbağır bir qığılcım
Səsini şərbəttək içim
Oxuduğca yanır içim
Oduna yanan Bakımız

Əhsən müəllim çalardı
Çaldığça gözüm dolardı
Keçmişlərə baş vurardım
Tarixi ümman Bakımız

Firuz çalır həzin – həzin
Heyrətdən yaşayır gözüm
Bu kədərə necə dözüm?
Göyləri duman Bakımız

Möhlət çalır, ruhum uçur
Sanki günəş muğam saçır
Qış ikən çiçəklər açır
Rüzgarı yaman Bakımız

Hacı Ədalət birinciydi
Çalğısı gövhər – inciydi
Dühaların ən gənciydi
Tez verdi qurban Bakımız

Fəzrəddindən «rahab» duydum
Sanki röyada mən uydum
Düşündüm ki, muğam – odu
Tar ilə kaman Bakımız

Şəyiqə, çal kamançanı
Ağlat, cavanı – qocanı
Fəryadın tutsun hər yanı
Dərddən ağlayan Bakımız

Mirnazimin kamançası
Sanki qız – gəlin xonçası
Çalğısı güllər incəsi
Gündə toy – nişan Bakımız

Ələkbər bir mücgan oxu
Balabannan kədər axır
Qəlbimi yandırır – yaxır
Kədəri milyon Bakımız

Əşrəf çalır şirin – şirin
Çalğısı nə qədər dərin
Bəy evinə köçür gəlin
Çalıb – oxuyan Bakımız

Şəmsi İman vurar cəh – cəh
Eşidənlər deyər bəh – bəh
Klarnetin şux səsiylə
Coşub – çağlayan Bakımız

Vəli çalır «Zəminxarə»
Ürəyimə düşür yarə
Yenə vuruldum Nigarə
Sevdası coşan Bakımız

Aftandil də çalar qarmon
Şirinliklər bir yox, on – on
Çalğbıya geydirir min don
Alır o ilham Bakımız

Hacı Vasim böyük alim
Ondan ibrət alır aləm
İlahiyyat sonsuz bir elm
Əhli - müsəlman Bakımız

Hacı Tələt pir – ixtiyar
İmannan bir binə qurar
Səsində Haqq sevgisi var
Haqqa inanan Bakımız

Fəxrimizdir Ziya Bünyad
Vətənə ən layiq övlad
Bir tarixçi – igid soldat
Daim qəhrəman Bakımız

«Mixaylo»nu yada salaq
düşmənlərdən qisas alaq
Cəfər nəğməsini çalaq
Qəlbi intiqam Bakımız

Hüseynbala sürdü «uçaq»
Altı faşist təyyarəsin
Bir günə məhv etdi qocağ
İgid bir aslan Bakımız

Nəbi Xəzri el vurğusu
Xəzərin ölməz məcnunu
Bütün aləm bilir bunu
Xəzrili tufan Bakımız

Tofiq Bayram qəlb şairi
Azadlıqdı dərdi – səri
Bir dürr idi kəlmələri
Dərdləri pünhan Bakımız

Şair Qabil sinədəftər
«Yanvar»da göstərdi hünər
Şəhidlərə ağı deyər
Sinəsi al – qan Bakımız

Abbaszadə bir qocaman
Yazdı «General» tək roman
Onu sevdi milyon insan
Həyatı roman Bakımız

Heyranam Seyidbəyliyə
Yazda «Cəbhədən - cəbhəyə»
Bax onda geniş ürəyə
Daim ucalan Bakımız

Qədirzadə indi hanı?
Əsərləri eşq dastanı
Çox povesti, çox romanı
Sevib – oxşayan Bakımız

Hüseynqulu «Məcnun» oldu
Leylanın dərdindən soldu
Füzuli ayağa durdu
Ol şəbi – hicran Bakımız

Cahangir Zeynalov da vardı
Səhnəmizə bir nübardı
«Realizm» ondan qaldı
sənət yaradan Bakımız

Nəsibədən gəlməz daha
Rolları ilə bu düha
Qəlbimizə axa – axa
Gülüşü dərman Bakımız

Əliağanın üzü gülər
Sənətin hər sirrin bilər
Ona tamaşa edəndə
Olar firavan Bakımız

Ağahüseyn Cavidovun
Rolları necə rəngarəng
O sənətə verdi ürək
Zirvəyə çatan Bakımız

Mirzağa fitri istedad
Səhnədə ən böyük ustad
Qəlbimizdən silinməz ad
Ona şöhrət – şan Bakımız

Ərəblinski Hüseynə də
Qəsd elədi qohumları
Öldü səhnənin ilk barı
Bəzən peşiman Bakımız

Hacı Mayil bir gövhərdi
Çoxlarına dərs verərdi
Ölüm necə vaxtsız gəldi
Öldü qəzəlxan Bakımız

Mustafazadə Vaqifsə
«Muğam» üstə «caz» yaratdı
Avropalıları ağlatdı
Avazı muğam Bakımız

Siyavuşun bənzəri yox
Sən fitri - istedada bax
Onu yetirib bu torpaq
Torpağı mərcan Bakımız

Yaşar Nuri bir alovdur
Öz bənzərsiz rollarıyla
Düşmənlərin gözün ovdu
Hər yanı düşman Bakımız

Turabovun ötüb yaşı
Rolları onun qardaşı
Sənətkara sevdirməyçün
Böyük bir meydan Bakımız

Həsənağa Salayevin
Yanığlı bir səsi vardı
Gözəl rollar yaradardı
Ondan doymayan Bakımız

Aktyor Məlik bir vergiydi
Aktyorların o yeniydi
Səhnəmizin dirəyiydi
Ondan nigaran Bakımız

Ələkbərov Ələsgərli
Sanardım milli – sərvətim
Dahi – əlçatmaz sənətim
Şimşək tək çaxan Bakımız

Ağadadaş Qurbanovun
Səhnəmizdə öz səsi var
Kinomuzda öz izi var
Sənət bacaran Bakımız

Şəhidlərin hüzurundə
Aktyor Hamlet yasa batdı
Onlarla əbədi yatdı
Köksü xiyaban Bakımız

Fuad müəllim poladdır
Səhnədə sanki Fərhaddır
Xalqına gözəl övladdır
Onu qoruyan Bakımız

Mirzəzadə Xəyyam coşdu
Bir bulaq tək aşdı - daşdı
Gözəl musiqilər qoşdu
Nəğmələr yazan Bakımız

Qaboy çalan Kamildə ki
Qaboyla ağlatdı bizi
Röyadan oyatdı bizi
Gülüb – ağlayan Bakımız

Şıxəli bizim fəxrimiz
Xalqa eşqi, coşqun dəniz
Heyf tez itirdik onu biz
Göz yaşı leysan Bakımız

Mirbabayev Seyid isə
Sahib idi milyonlara
Neft püskürən fantanlara
Neftlə qaynayan Bakımız

Hökümənin qəlbi coşar
Rollarınnan gözlər yaşar
Obrazları daim yaşar
Bizi yaşadan Bakımız

Bədirbəyli, gözəl qadın
Tarixlərə düşdü adın
Əsil «xanım» tək yaşadın
Leylaya Məcnun Bakımız

Nəcibənin ala gözü
Şux yerişi, şirin sözü
«Ana»yla kövrəltdi bizi
Yetimi qucan Bakımız

Əminə, bir şer həkimi
Avaza yaxıb qəlbimi
Kim şer söylər, onun kimi
Şer anlayan Bakımız

Tofiq Kazam bizə lazım
Onan gərək əsər yazam
«Ölülər»ə dedi sözün
Dirilərə çan Bakımız

Tağızadə kino çəkər
Tariximizi lentə bükər
«İzi» üçün qala tikər
Ulu, qocaman Bakımız

Eldar Quliyev ustaddır
Dünyada tanınmış addır
Onlarla kino yaratdı
Bəzən «Burulğan» Bakımız

Bakı min-min sənətkardan
Arif Babayevi seçdi
«İçəri şəhər», «Gün keçdi»
Dərdini boğan Bakımız

«Fəryad» çəkdi Ceyhun Mirzə
Düşmənmizi tanımaqçün
Yaxşı dərslər verdi bizə
Taleyi boran Bakımız

Azərpaşa «Hamlet» qoydu
Şekspiri gözəl duydu
«Olum» - «Ölüm» arasında
Verdi imtahan Bakımız

Sən Kəbə evini ziyarət etdin
Uca Allahını ibadət etdin
İslam dinimizə itaət etdin
Soyadın Abdulla, Həcc Ağaxansan
Səsi, nəfəsini Tanrıdan aldın
Vahidin evində ilk addım atdın
Böyük sənətinlə, zirvə ucaltdın
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
«Dilgəş»in qəmlərin silsiləsidir
Zəngulən muğama zil nəfəsidir
Səsin böyük xalqın, elin səsidir
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
Elə ki, səslənir Firuzun tarı
Göylə uçurursan muğam «Qatar»a
Firuzdan ayrılsan, əhf etməz Tanrı
Elində ağasan, sənətdə xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
Avazın dinidir, dərvişanədir
Bu səsin atadan bir nişanədir
Qəmli səsindən qəlb şanə-şanədir
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
Elə ki, oxursan «Bayatı - Qaçar»
Yaşıyır, muğamım, deyiləm naçar
Sən olan məclisdən naşı əcld qaçar
Elində ağasan, sənətdə xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
Muğamda ustadsan, qavalda ustad
Elindən almasan ən şərəfli ad
Xanəndə alimə sən oldun ustad
Elində ağasan, sənətdə xansan
Soyadın Abdulla, Həcc Ağaxansan
Sənə kaman çalır Həcc Ədalət
Görməzsən bu dostdan, heç bir xəyanət
Sizi dinləyəndə vallah qiyamət
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, Həcc Agaxansan
Adın Ağaxanda, özün də ziləsin
Sənə ram olunub, «Hüzzel», «Xavəran»
Sənə oğul deyir Azəribaycan
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, həcc Ağaxansan
Sənə elin verib böyük qiyməti
Qələmə sövq etdin Vüqar Əhmədi
«Çox sağ ol» söyləmə, yoxdu zəhməti
Elində ağasan, muğamda xansan
Soyadın Abdulla, Həcc Ağaxansan

Abşeronu fırçasıyla tanıtdırdı o dünyaya
Mənzərələr yaradaraq çəkdi dəniz, çəkdi qaya
O təbiət şairiydi, o təbiət rəssamıydı
Doğma kəndi Əmircana – canı idi, qanı idi
Əl çəkirdi təbiəti, dil deyirdi Füzulidən
Daxilində, istedadda, gen deyildi Füzulidən
Bu dünyada, bir dünyada Səttarımın dünyasıdı
Qoca Səttar Abşeronun mənzərəli röyasıda
Çıxardı gah dağ başına, gah aranda qövr edərdi
Xandulana, o Qəçreşə aram-aram yol gedərdi
Ulu rəssam Bəhlulzadə kəndin sənin gül Əmircan
İnan ustad, sənin ilə fəxr eləyir Azərbaycan

Ey Füzuli yadigara ustadam
Şer-qəzəl gülşənində «Bustan»ım
Sözü dedin bədahətən ürəkdən
Şerimizdə şahənşaham-sultanam
Füzulinin məktəbində yetişdin
Əbədi bir məktəb qoydun ustadam
Qəzəllərdə çatdın uca zirvəyə

Meyxanada vardır sənin öz adın
Ömür boyu çəkilərdin xəlvətə
Güşələrdə gün keçirən xaqanam
Ey Vahidim, söz sultanım, müdrikim
Dil-dodaqda söylənilən dastanım
Adın gəzər muğam ilə yanaşı
Şerimizdə sevgilimsən – cananım
Yaşamısan sən yüz ili Vüqarlı
Abşeronlum, Bigahlımsan, sən canım

Gəlin indi əziz dostlar
Kökümüzə nəzər salaq
Əslimizdən, soyumuzdan
Biz dərs alaq, ibrət alaq
Bakıxanov Abbasqulu
Bakuvilər, ustad, ulu
Elimizin ölməz qolu
Abşeronum, Abşeronum

Musavata başçı oldu Rəsulzadə
Bir insandı soyu-kökü əsilzadə
«İslamlıq» şüarıydı amalları
Türkçülüyə çağırırdı insanları
Vətəninə istiqlala bəxş etdi o
Xətainin yolu ilə gedirdi o

İstiqlalı tonqallarda söndürənlər
Bələkdəki bir körpəni öldürürlər
«Qızıl ordu» vətənimi al-qan etdi
O vətəni mühacir tək hey seyr etdi
Uzun çəkdi, düz yetmiş il əsir olduq
Haqq deyənlər zindanlarda əsir oldu
Can deyəndə «Azər» dedi, «Baycan» dedi
Bayraqların enməməsin o an dedi
Unutmadı səni millət Məmməd Əmin
Universitet, pul da sənin, sən ol əmin
Məfnurəndə dövlətimiz bu gün yaşar
Tarixlərdə sənin kimi ərlər yaşar

Zeynalabdin – el atası, xalqın ən böyük dühası
Maarifimin, qəzetimin, həm də danılmaz mənası
Bakıya su çəkdirmişdi, abidələr tikdirmişdi
Tikmişdi ki, izi qala, tikməmişdi özü qala
İndi onun tikdirdiyi ocaqlardan min-min adam çörək yeyir
İndi onun saldırdığı o bağlara, xamilyonlar «mənim» deyir
Qız məktəbi açdırmışdı, gözəl yollar saldırmışdı
Xalqı bəladan qurtardı, möhtaclara əl tutardı
Bənzəsəydi ona hamı, vəhşət sarmazdı dünyanı
Cinayət-riya-xəyanət, dəhşət vurmazdı dünyanı
Hacı! Mənim qürurumsan, kökümsən çələng nurumsan

Hələ çox dərs alıb keçmişimizdən
Kişilik, insanlıq öyrənməliyik
Baş vurub tarixə yaddaşımızdan
Cəsarət, şücaət diləməliyik

Azərbaycan, sarayımın şahı kim?
Vaxtsız gələn qonağın pənahı kim?
Dostun qibləgahı, səcdəgahı kim?
Azərbaycan, diyarımın yayımı?
Ya ulduzu, ya günəşi, ayımı?
Haraylasam kim eşidər hayamı
Dostluqda elə bil ağadı-xandı
Nurlu kəhkəşanda, bir asimandı
Sanki özü də bir Azərbaycandı
Abşeronum, mənim cənnət diyarım
Sənnən ilham alıb, coşur vüqarım

Qələbə nəğməmiz gəzsin aləmi
Silinsin qəlbindən qubarın Vüqar
Düşməsin əlindən Haqqın qələmi
Haqq ilə bağlansın ilqarın Vüqar

Gədədən bəy olmaz, gədədir-gədə
Könülsüz tikəni həzm etməz mədə
Bakıyla Abşeron istər hər vədə
Daim uca olsun vüqarın, Vüqar

2003 – yanvar – fevral