Qastrol
Simfonik orkestri Kamallı kəndinə qastrola göndərmişdilər. Artıq üç gün idi ki, kənd zəhmetkeşləri qarşısında konsert verirdilər.Çalğıçıların tamaşaçılar- dan narazılığı öz yerində. Tamaşaçılar da orkestrdən heç razı deyildilər.
Kollektvin repertuarına əsasən xarici ölkə bəstəçilərinin əsərləri daxil idi.Kənd camaatı orkestri məcburi dinləmək üçün kluba toplaşmağa təhrik edən kolxoz sədri Nəriman kişinin zəhmi,daha doğrusu hökmüydü.
Gözəl məqamlar idi.Çalğıçılar illərlə həsrət qaldıqları quzu kababını ax- şamlar acgözlüklə dişlərinə çəkirdilər. Həddən artıq yediklərindən gecə mədə sancılarından yata bilmirdilər.
Kolxozun sədri hər gün konsertdən sonra verdiyi “qonaqlıq”da musiqiçi- lərə ertəsi gün də çıxış etməyi göstəriş verirdi. Və daha bir “yeyib-içmək” vəd edirdi, özü də hər bir dəstgahıyla.Orkestrin üzvləri bundan razı qalsalar da, ta- maşaçıların zəhmli baxışlarını göz önünə gətirəndə quzu tikələri az qalırdı bu-run deşiklərindən un kimi ovulub tökülsün yerə. Neyləmək olardı, dözməli idi-lər. Atalar demişkən “Yuxarı tüpürürsən bığdı, aşağı saqqal”.
Axşamkı ziyafətdə Nəriman kişi amiranə səslə:-Sabah da çalacaqsınız. Bir dənə də erkək sizə peşkəş. Katib özü belə məsləhət bilir. Danışdım hörmətli katibə çalmağınızı. Dedim yaxşı nərildəyirlər. Dedi nə qədər çox çıxış etsələr o qədər yaxşıdır, camaatın zövqü artar. Yoxsa nə qədər “heyvagülü”yə qulaq as- maq olar, nə qədər qara zurnanı eşitmək olar. Özü də katib əlavə etdi ki, simfo- nik musiqi camaatı partiya qərarlarına da ruhlandırır...
Klub ağzınacan dolu idi. Məcburi yığılmış tamaşaçılar orkestrin üzvlə- rini nifrətlə süzürdü. Ön cərgədə oturmuş bığıburma cavan Nazim musiqiçilərə elə baxırdı ki, deyərdin ki, bunlar ondan halal torpağını-zadını istəyiblər.
Ifaçılar bu gün bərk həyəcan keçirirdilər. Saksafonçu Çingiz Süleyman- zadə öz-özünə,gah da yanındakılara tez-tez deyirdi:-Döyəcəklər,vallah döyə- cəklər, baxarsız. Zəhlələrini tökmüşük. Lənətə gəlsin bu araq.Musiqi redaksiya- sında da yüz qram arağın badına getdim.
Çingizin sözləri hamının canına qorxu, üşütmə salırdı...
Birdən saloindakılar ayağa qalxdı. Səhnəyə tərəf sürətlə qaçmağa başla dılar. Kondrabasçı Elmira necə qışqırdısa səsi yalan olmasın bir kilometrlikdə olan qonşu kəndə də getdi. Elə bil Elmiranı zəhərli ilan, ya da əqrəb sancmışdı. Özünü itirmiş Çingiz saksafonunu, elmira isə kondrabasını salona –tamaşaçıla- ra tuşlayıb vızıllatdılar. Buna görən digər ifaçılar da öz çalğı alətlərini hara gəldi tullayaraq səhnənin arxasındakı məşq otağına tərəf yüyürdülər:- “Döyə -cəklər”, “ana”, “vaxsey”, “öldürəcəklər” kimi söz və ifadələr eşidilməkdə idi.
Cüt-cüt səhnəyə qalxan tamaşaşıları təəccüb bürümüşdü. Klubda ancaq səhnənin üstü bağlı, tamaşaçı salonunu isə üstü açıq olduğundan qəfil başlayan güclü yağışdan qorunmaq üçün səhnəyə tərəf qaçışan tamaşaçılar elə zənn etdilər ki, konsetr qurtarıb, hansısa komediya janrında teatr tamaşası başlanır. əslində güclü leysan yağdıqdan tamaşaçılar səhnədə daldalanmağa vacib bil -mişdilər.
Orkestr qastroldan qayıdandan sonra saksafonçu Çingiz Süleymanzadəni işdən azad etdilər. Xaricdə istehsal olunmuş “Simmerman”markalı firmaya məxsus saksafonu sındırdığına və həmin metal alətlə tamaşaçılardan birinin baş nahiyəsini zədələdiyinə görə Çingiz Süleymanzadə işlə vidalaşmalı oldu.
1988-ci il Bakı.
***
Təzə zibil
Orxan 8-ci sinfi bitirib sənədlərini kəndlərində yerləşən texniki peşə məktəbinə vermişdi. Qaynaqçı olacaqdı. Beş-altı gün olardı dərsləri başlamışdı. Bu texniki peşə məktəbi heç ürəyinə yatmırqı. Nə əməlli başlı dərs keçir, nə də sənət öyrədirdilər. Bu gün də dərsləri olmadığından kənddəki nohurun qırağına gəldi. Məktəb xatirələri yadına düşdü. Öz özünə “niyə yaxşı oxumadım,axı”- deyə düşündü. Məktəb yoldaşlarımdan ayrılmazdım. Günah özümdədir. Gül kimi sinif uşaqlarımız vardı. Ata kimi sevdiyi Rza müəllim yadına düşdü. Yenə öz-özünə təskinlik verirmiş kimi “texniki peşə məktəbi də pis deyil”, amma əməlli dərs keçsələr. Keçdilər-keçmədilər gərək yaxşı oxuyum, sənəti də öyrə-nim sinif yoldaşlarımla da, Rza müəllimlə də tez-tez görüşərəm, darıxmaram daha...
Yük avtomobili nohurun həndəvərində saxladı və yükünü boşaltmağa başladı:köhnə ev əşyaları,qab-qacaq,sınıq ləvazımatlar və s.Bura həmişə şəhər- dən gələn maşınlar zibil boşaldırdı.
Elə bu vaxt Orxan uzaqdan Rza müəllimlə sinif yoldaşlarının nohura tə-rəf gəldiyini gördü. Bildi ki, yenə ekskursiyaya çıxıblar.Arzuladığı sinif yoldaş-ları, Rza müəllimlə hal-əhval tutdu. Şad oldu ki, onlarla görüşdü. Bu vaxt həmişə olduğu kimi təzə zibil gələndə, nohurun ətrafında eşələnən atası Xanba- lanın səsi eşidildi:
-Adə, Orxan, bura gəl, təzə zibil. Təzə zibil.
Xanbala zibillikdə qismən salamat qalmış əşyalarıdaşımağa kömək etmək üçün Orxanı haylayırdı.
Uşaqların yanında az qaldı ki, xəcalətindən yerə girsin,Orxan utandığın- dan bilmirdi neyləsin. Istəmirdi ki, atasının tez-tez zibillikdə eşələndiyini Rza müəllim , sinif yoldaşları bilsin. Xanbala isə qışqırmaqda davam edirdi:
-Ə, səninlə deyiləm, heyvan oğlu heyvan...
Gör nə əla şeylər var. Təptəzə zibillər töküblər bura. Çoxu evdə yarayar. Rza müəllim Orxanın son dərəcə pərt olduğunu görüb “uşaqlar biz hələ nar bağına da getməliyik”-deyə sağollaşdı.
Orxan göz yaşlarını axıdaraq, hönkür-hönkür ağlaya-ağlaya torpağa sərildi.
Xanbala yaxınlaşdı:
-Səninlə deyiləm qanacaqsız. Nə qədər çağırarlar. Məktəbdə sənə pis tərbiyə veriblər. Qudurdublar səni. Müəlliminin yanında atanı saymırsan. Elə buralarda boş-boş veyillənirsən. Əlinə düşən təzə zibildən evə gətirsən,canını azar alar. Ax, fərsiz övlad.
Gecə yarısı Orxanın anası rayon mərkəzindən təcili yardım çağırmalı oldu. Orxanın halı pis idi. Qırx dərəcə qızdırma içində:-“Mən zibil yığmıram, mən zibil yığmıram”-deyə sayıqlayırdı. Xanbala isə halsız dillənirdi- “ax təzə zibil, təzə zibil”...
1988-ci il Binəqədi
***
Aktyorun dəfni
Dostum Azərlə şəhərə gəzməyə çıxmağa hazırlaşırdıq. Evdəkilərdən kimsə məşhur bir aktyorun vəfat etdiyini xəbər verdi. Yerimdə donub qaldım. Ən çox sevdiyim nəhəng bir aktyor rəhmətə getmişdi. Özü də vaxtsız. Qərara aldıq ki,dəfn mərasiminə yollanaq,gəzintini təxirə salaq, gedək aktyorla vida- laşaq. Teatrın binasına girmək mümkün belə deyildi. Binanın ətrafındakı məh-lələrdə başı qara kəlağayılı qadınlar için-için ağlayırdılar.
Tamaşa zalında yer yox idi. Ikinci mərtəbədə də, amfiteatr deyilən yerdə də eyni vəziyyət yaranmışdı. Üçüncü mərtəbənin amfiteatrında əyləşdik. Matəm mitinqi təzəcə başlamışdı. Mərhumun sənət dostları, görkəmli ədəbiyyat və incəsənət xadimləri aktyor haqqında xatirələr, sənətkarlıq xüsusiyyətlərindən pərişan-pərişan danışırdılar. Sənət dostlarından biri ürəyi yana-yana söylədi ki; rəhmətlik deyərdi ki, adam öləndə gərək elə olsun ki, üstündə anası ağlasın, ba- cısı saç yolsun. Amma onun həyat yoldaşı, iki övladdan başqa heç kimi yoxdur.
Bu dəm mən bərk kövrəldim, hönkür- hönkür ağlamağa başladım.Ətrafı- mızdakı çönüb mənə təəccüblə baxmağa başladılar. Fizionomiya cəhətdən mər- huma oxşadığımdan deyesən bizi qohum bilmişdilər. Bir qədər utandım. Fikir- ləşdim yəqin məni qınayırlar ki, “kişi ağlamaz” axı. Amma mərhumun sənət dostları da ağlayırdı. Cib dəsmalımla üzümü tutdum. Qarşımda oturan bir kişi nəsə məni tərs-tərs süzürdü. Güya nəsə bir cinayət eləmişəm. Fikirləşdim ki, yəqin bu adam buranı toy bilib gəlib. Azərin başı sinəmə düşdü. Azər uşaqlıqda atasını itirmişdi.bir balaca keyflənən kimi kövrəlirdi, atasının xatirələrini yad edirdi. Indi də...düşündüm ki, yəqin atası yadına düşüb. Daha da kövrəldim. Məndən nəriltiyə bənzər hönkürtü çıxdı. Yenə də “tamaşaçılar” mənə tərəf döndü... Azərin başı sinəmdə fırlanmağa, mənim çiynimə zərbələr vurmağa başladı. Başımı aşağı salıb Azərə baxanda gördüm ki, o boğula-boğula gülür. Ilahi, bu nəyə gülür və məni gic gülmək tutdu. Qəhqəhə ilə gülməsəydim ürəyim patrtlayacaqdı. Gülüşümü boğduğum üçün əcaib-qəraib səslər çıxarır- dım. Bir azdan Azərdən də eybəcər səslər çıxmağa başladı. Deyəsən boğazımdan qan gəlirdi. Sifətimdəki əzələlər möhkəm ağrıyırdı. Əlacsız bir vəziyyətdə qalmışdım;gülsəydim,həyatım boyu bu hərəkəti özümə bağışlaya bilməzdim, həm də bir rəssam kimi məni beş-altı adam tanıyırdı. Bu biabrçı- lıqdan sonra ya başqa ölkəyə müraciət etməliydim, ya da psixi xəstəxanaya düşməliydim. Çünki bir balaca tərpənsəydim, qıqqıldayacaqdım. Azər də rahat buraxmırdı. Pıqqıldayırdı...
İndi də yan- yörədəkilər acıqla məni süzürdülər ki,niyə belə əcaib səs- lər çıxarıram... Axır özümdə güc tapıb foyeyə çıxdım. Gördüm bir boş otaq var. Tez oraya keçib o ki, var güldüm, özüm də bilmirəm niyə sakitləşdim.
Biabır olmamaq üçün cəld buradan uzaqlaşmaq istəyirdim.Amma Azəri gözləməliydim. O isə gəlib çıxmaq bilmirdi. Bir on dəqiqəyə qədər vaxt keçdi. Səbrim tükəndi, onsuzda gözləməyə hövsələm yox idi. Getdim ki, işarə ilə Azəri səsləmək istəyəndə onu yarıoturaq vəziyyətdə gördüm. Məni görcək Azərdən bərk gülüş qopdu. Özümü itirib qaçmağa başladım, bir də gördüm Azər yanımdadır. Boş otağa o ki var güldük. Sakitləşəndən sonra Azərdən soruşdum:
-Nəyə gülürsən, dəli olmusan? Biabır olduq.
-Heç nəyə. Sən, demə ağlayırmışsan. Mən də elə bildim gülürsən, məni də gülmək tutdu-deyə Azər cavab verdi.
-Yasda gülərlər? Sən axı niyə elə bilməlisən ki, mən gülürəm. Heç hüzr yerində də gülərlər? Özü də bu hərəkəti heç vaxt özümə bağışlaya bilmərəm. Böyük bir sənətkarın dəfnində...
Azərlə baxışdıq. Yenidən gic gülmək bizi tutdu. Üçüncü mərtəbədən üzüaşağı düşməyə başladıq. Pilləkənlərdə bir qadınla iki qızın qalxdığını gördük. Ikimiz də birtəhər susduq. Bu susmaq həm xəcalət, həm də qorxudan idi. Gördüm dayana bilmirəm, dəsmalı üzümə apardım ki, güya ağlayıram və qırıq-qırıq səslər çıxarmağa başladım. Bu vaxt qadınların üçü də gülməyə başladılar. Bizi yenə də gülmək tutdu və sürətlə qaçmağa başladıq. Tetrın aşağı foyesində respublikamızın görkəmli şəxsiyyətləri dayanmışdı. Bir əsalı şairlə Azər toqquşdu. Allah üzümüzə baxdı, şair yıxılmadı.
Fizuli meydanı ilə qaçırdıq. Məktəb yoldaşlarımızdan birinə rast gəldik. Qolumuzdan tutb bizi saxladı:
-Nə qaçırsız? Salam niyə vermirsiz? Nə baş verib? Fasiləsiz suallar yağ- dırdı. Cavab verə bilmirdik. Nəhayət mən dilləndim:
-Heç işimiz var.
Azad dedi:-Düzünü deyin, nə qədər vurmusunuz?
O bu sözü deyəndə ikimizində gülüşü kəsildo, sifətimiz ciddi görkəm aldı. Sanki ayıldıq. Azadla sağollaşıb aram-aram addımlamağa başladıq. Böyük bir günah işlətmişdik. Allah şeytana lənət eləsin. Hər şeyi ürəyinə salan, dərd eləyən bir adam kimi bu məni sakit buraxmayacaqdı. Ancaq həyatdı, neyləmək olar, keçənə güzəşt deyərlər. Allah özü günahımızdan keçsin..
1991-ci il Bakı
***
Bayatı – Nəqşıcahan Əzəmətli şah, sarayında taxt-tacında əyləşmişdi. Yanında da vəzir-vəkili, nökər-naibi, bir sözlə bütün əsabələri müntəzir dayanmışdılar. Qara qullar qu tüklü yelpazələrlə şahı yelləyirdilər. Sarayda inləyən kaman səsindən savayı heç bir səs eşidilmirdi.
Kamanzən “Bayatı-Şiraz” çalırdı. Bəlkə də bu həmin çalğıya, kədərli avaza göylər də yaş tökürdü. Elə bil İlahidən gəlirdi bu səs. Sanki kamanın bu kədəri şahın ömür sürdüyü zamandan lap çox əski dövrdən, qədim dövrdən, qədim dünyadan gəlirdi. Kamanzən gözlərini yummuşdu. Muğamın başqa bir şöbəsi v çalınanda vəzir öz-özünə pıçıltı ilə dedi:-“Bayatı-İsfahan”. Kamanın naləsi sarayın mərmər divarlarına hoparaq yavaş-yavaş bitdi. Şah öz qızılla haşiyələnmiş əsasını yerə vuraraq ayağa qalxdı:-Yaşa. Gözəl barmaqların var. Allah səni hifz eləsin. Bu gündən belə ustadlar- ustadı adlanacaqsan. Öz sənətinin kamil bilicisi olduğuna görə.
Vəzir baş əyərək şahdan danışmaq üçün izn istədi:
-Qibleyi-aləm, çalğısına söz ola bilməz. Amma hüzurunda ərk edərək bir söz söyləmək məcburiyyətindəyəm. Mən fikir vermişəm usta Qabil həmişə başqa bir məmləkətləri tərənnüm eləyən “Qarabağ şikəstəsi”, “Bakı şikəstəsi” deyilən zərb muğamlardır. Axı bu muğamlar bizlərdən çox öncə yaranmış abidələrdir. Onların adlarını dəyişmək, yenisini icad eləmək mümkün deyil. Bu ustalara hörmətsizlik olardı. –Kəs səsini –deyə vəzir dilləndi, sən bilmirsən ki, böyük hökmdar da, mən də əslən Nəqşicahan vilayətindənik. Niyə “Bayatı-Nəqşicahan” çalmırsan?
-Möhtərəm vəzir o adda muğam yoxdur.
-Yoxdursa bəstələ, qoş, düzəlt, icad elə. Bu ulu şaha qarşı hörmətsizlikdir. Üzünü şaha tutaraq:-Qibleyi –aləm usta Qabilə bir həftə vaxt verək, “Bayatı-Nəqşicahan” hazır olmasa boynu vurulsun. Şah aram-aram dilləndi-Düz deyirsən vəzir, ağıllı fikirdir. Bizim obanı vəsf eləyən muğam hökmən olmalıdır.
Şah əllərini bir-birinə çırpdı:-haydı usta Qabil, bir həftədən sonra hüzu- rumdasan, yeni muğamla. Özü də çox qəmli olmasın. Oynaq, təntənəli, şən. Qoy muğamda bizim obanın gözəlliyi, mənim əzəmətim vəsf olunsun. Dağılışın...
Usta Qalib komasında oturub dərin xəyallara qərq olmuşdu. Özü-özünə fikirləşirdi:-dövrə bax,gör taxta kimlər oturur.Eyni millətik,bir xalqın övladıyıq, elə gərək sizin də obanın adına muğam olsun. Bu sənət incilərini babalarımız yaradıb. Əsrdən-əsrə, ildən-ilə, gündən –günə bu incilər təkmilləşib,inkişaf edib. Yeni muğam yaratmaq? Gələcək nəsillər məni lənətləyər.Qoy məni öldür-sün. Getməyəcəyəm hüzuruna.
Vaxt gəldi, bir həftə keçdi. Usta Qabil çoxları ilə məsləhətləşdi. Eşidənlər qəhqəhə ilə gülürdü. Az keçmədi bu qeyri-adi sifariş bütün məm- ləkətə bəyan oldu. Axır ölüm qorxusu usta Qabili şahın mhüzuruna getməyə məcbur etdi...
-Qibleyi-aləm usta Qabil gəlib.
-Buyursun ...Hə usta başla görək...
Vəzir dilləndi: görək necə alınıb “Bayatı-Nəqşicahan”.
Usta Qabil susurdu. Alnından damcı-damcı tər axırdı. Vəzir bağırdı:- Hə durmusan, yoxsa əliboş gəlmisən, hə?
Usta Qabil heç bir söz deməyərək kamanı dizinin müstünə qoydu,gözlə- rini yumdu.Kaman ağlayırdı,nalə çəkirdi.Sehrli barmaqları ilə möcüzə yaradır- dı sənətkar.Tam sakitlikdi. Musiqi tanış idi.Amma ayırd eləmək mümkün deyil- di hansı muğamdır. Xallar, gəzişmələr, yanğılar təzə idi.
Çalğı bitdi. Əhsən sözü hər tərəfdən eşidildi. Şah başının razılıqla yellət-di:-Düzdür, sifarişimə bir o qədər əməl eləməmisən. Sənsə öz kədərimdən əl çəkməmisən. Amma bu çalğın məni sarsıtdı. Sən dahisən!
Usta dərindən, rahatlıqla nəfəs aldı. Ancaq ürəyi, qəlbi əvvəlkindən də çox yanırdı. Bu yanğı milləti yüz yerə parçalayan şahlara, xanlara qarşı üsyan yanğısı idi..
1992-ci il Bakı.
***
Dünyanın xoşbəxti mənəm dünyada
(Esse) Deyirəm adam bir xəyallanıb fikirləşməyə də vaxt tapmır. Fikir insanı tərk eləmir, amma istəyirsən dağınıq yox, rahat fikirləşəsən.Xoş xatirələr ağu- şunda, fikir aləmində qərarlaşasan. Nə qədər, nə gəldi fikirləşmək olar. Xəyalın mövzusu da müəyyənürəyə yatan süjetə malik olsun.Bəlkə də fikirlərim mücər- rəd görünəcək.Göründü, görünmədi mənə xoşdu və qərarlaşmayan fikrimi belə ifadə eləyə bilərəm.
Hərdən fikir məni uşaqlıq ələminə aparmaq istəyir. Tez fikrimə təzyiq göstərirəm. Çünki uşaqlıq xatirələri adamı tez kövrəldir. Kövrəlmək istəmirəm. Elə bil kimdənsə utanıram. Həm də şirinli-acılı o xatirələri yaşamaq istəyirəm də. Xatırlamaq nə qədər xoş olsa da, ayrılmaq o qədər çətin olur. Ona görə də məsum düşüncələrə qapılmaq istəmirəm.
Tələbəlik illəri də ...
Ümumiyyətlə fikir dəyişkənliyi əsəbə çox təsir eləyir. Imkan vermir konkret nə barədəsə fikirləşəsən. Fikir dayanmır, daim insanı tərk etməsə də dəyişkənliyə asanlıqla məruz qalır.
Gündəlik fikrin çoxu arzudur. Həyata keçməyən arzu isə fikrin əsas məğzidir. Arzu, insanı yaşadır. Həyata keçdi, keçmədi, bu ümidlə yaşayırsan və bu ümid insana ruh verir. Bu isə dadlı, şirin, xoş əhval-ruhiyyədir. Arzu da o qədər gec həyata keçir ki, axırda heç gözlədiyin qədər də sevinmirsən də. Nə qədər istək, nə qədər arzu olar. Onsuz da həyata keçməyəcək bu arzularla insan özünə qəsd eləyər. Şair demişkən:”Heç arzumu qabaqlaya bilmədim”.
Istanbulda bir ustad aşıq tanışım var. Deyir:”Çox acımayasan gərək, acı günə qalarsan. Mən də çox acıdım, acı günə qaldım”. Ağsaqqal sözündə həqiqət var. Elə ona görə arzu ürəkdə qalır ki, çox ona-buna acıyırsan. Haqq özü bilir kimə, necə, nə cür...Biz bəndələrə acımaqla müdaxilə ediriksə, özümüzə ziyan edirik, yəqin bu da həyatın bir təzadlı düyünüdür.
Hərə bir cür yaşayır öz doğma həyatını. Həyat insana bəxş olunan ən şi -rin, ən nəhəng ərməğandır. Kimi xoşbəxt olur, kimi bədbəxt. Bəzisi bədbəxt olsa da ağıldan kəmliyi ona xoşbəxtlik təlqin edir. O da dünyada qara gününü duymur, xoşbəxtcəsinə ömür sürür. Kimi xoşbəxtliyini duyur,bu səadətdən pər- vazlanır, ruhlanır, xarüqələr yqrqdır və nəhayət o da haqq ölümlə üzləşir.
Insan nisbi anlayışlar olan “xoşbəxtlik” və “bədbəxtlik” kateqoriyası ilə üzləşir. Həyat budur. Faciə odur ki, dırnaq-dırnaq qazandığın xoşbəxtliyi, səa-dəti, hörməti bir səhv ucundan, bar ana itirirsən. Özü də o dünyüyü namizədlə- şən ərəfədə. Mənə belə gəlir ki, bədbəxt ömür sürüb ölümlə yekunlaşanda özü-nü nəyə görəsə xoşbəxt sansan, bu daha gözəldir. Deyirəm kaş bütün insanların həyatı boyu bu bir neçə kəlmə dodaqlarında səslənəydi: “Dünyanın xoşbəxti mənəm dünyada”.
1993-cü il Bakı.
***
Milli məclis Ay qız,ay qız, tez televizoru yandır, milli məclis var. Bir az ləzzət alaq,-deyə Fərid bacısı Şəmsi səslədi.
Almaz nənə əlindəki cirəni həvəngin içinə boşaltdı.:
-Günahdı bala,adam hüzr məclisini ələ salmaz. Toydan, şadlıqdan ləzzət alarlar. Əvvəla onlar səhv eləyərlər ki, məclisi camaata göstərirlər. Özü də Molla cəmi bir dəfə “bissimıllah”deyir, fatihə də ya verir, ya vermir. Danışdı-ğının da ölülərə heç bir dəxli yoxdur.
Fərid:- Molla yox, ay nənə,Şeyx. “Bissimillahı” da mərhumlarçun demi- re...Sözünə Allahın adıyla başlayır.Özü də milli məclis yas məclisi deyil ki,par-lamentdir.
-Ay bala,axı orada hər dəfə şəhidlərdən danışırlar. Həm də məclis yas deməkdi də.
Fərid əsəbləşdi:-Düz deyirsən, ora elə yas məclisidi. Fərqi odur ki, mər -humu yad eləməyə dirilər gəlir, ehsan yeyir. Milli məclisə isə ölülər gəlir. Ehsan yemirlər, rüşvət yeyirlər.
Almaz nənə:- Burunlarından gəlsin. Xalqın pulunu yemək olar. Xalqın malı seyid malıdı. Hə, bəs necə?
-yeyənlər elə yeyib, üstündən də çay içib, özü də nə ağızlarından, nə burunlarından, nə də qulaqlarından gəlmir.
Televizorda milli məclis birbaşa translyasiya olunur. Hay-küy,didişmə. “Bəy”, “Qaçıb” kəlmələri tez-tez səslənir.
-Ay bala, deyir bəy qaçıb. Toydu bəyəm?
-Yox ay nənə, özü qaçıbey, istefa da verməyib.
-Vaxsey, öyüm yıxıldı,Mustafanı nöşün aparıb,qan əndərsin.
-Nə Mustafa, Mustafa əmi yerindədi,istefa deyirəm.Yəni kəlmeyi-şəha- dətini deməmiş gedib.
A a a, nə müsəlmandı o.Onunçun dünya dağılır da.“Kəlmeyi-şəhadət”lə-rini bilmirlər,məclisə getmirlər, böyükə hörmət yox. O gün televizorda, taza böyük,zadın müavini dedi,dedi böyügə hörmət eləmirlər,dünya dağılır,qadasın alım onun...
Nənəmin siyasi icmalı həqiqəti söyləyirdi. Bu ağbirçək savadsız olsa da, ziyalılardan fərqli olaraq yalan danışmır-Fərid düşündü.
-A bala, doğrudanqaçan kimdi?
-Padşahımız qaçıb nənə.
-Hara qaçıb?
-Kəndinə.
- Onda düz eləyib. Adamın öz doğulduğu yer. Vallah 50 ildi şəhərdəyəm, elə bil qəfəsə salınmış bülbüləm. Nə var e. Onsuz da padşahlıq bacarmırdı. Kənd yaxşıdır. Burda dolanmaq da çətindir. Kənddə toyuq-cücə saxlayır, göy-göyərti əkir. Yaxşı olar onunçun.
-Ay nənə, o alim adamdı, elə işlər bacarmaz...
-Onda oturub alimliyini eləsin də, day şahlıq iddiasına neyçün düşüb.
-Nənə o təmiz , vicdanlı adamdı,dostları yıxdı onun evini.
-Mən də deyirəm , dost yıxan evi,heç kim yıxmaz. Özü yıxılan ağlamaz.
-Nə qədər savadsız, qondarma alimciklər yığışdı başına. Əvvəlki də, əvvəlki də yaxşı adamdı. Yan- yörəsi təmiz deyildi. Həm də nənə,adama vəzifəni tale qismət eləsin gərək. Zor gücünə olmaz. Buna bir saat xəlifəlik deyərlər. O biri padşahı ağladıb çıxartdılar. Onun göz yaşları bunları tutdu. Deyir: Neynirəm o qızıl teşti, içinə qan qusacağam.
-Düzdü a bala düzdü. Görək axırı noolur, təki yaxşı olsun. Bu təzəsi düzələcək. Mən inanıram.
-Yox bala, küfr danışma,inamsız yaşamaq olmaz. Inam ki, öldü. Onda “fatihə”!. Daha yaşamağa dəyməz. Nə Fərid, nə də Almaz nənə heç nə danış- madılar daha. Ikisinin də gözləri yol çəkirdi.Bu intizarlı gözlərdə işıqlı təbəs- süm vardı. Balaca Şəms isə heç bir şeyə fikir vermədən öz “gəncliy”iilə oy-nayırdı.
1993-cü il 9 Haziran -Moskva
*** Duzsuzluq
Həlimənin gözləri yol çəkirdi.Qabağında yarım kisə iri duz oturmuşdu bazarda.Yanındakı qızlardan da duz alan yox idi bu gün.Hamı axşamı gözləyirdi,işdən çıxanlar gəlsələr bəlkə bir az duz sata bildilər.
Axşam oldu. Bazara gələnlərdən heş kim bu gün duz almadı. Duzsatan qızlar yarımkiloluq bankanı kisənin içinə dürtüb yola düzəldilər. Həlimə kisəni qoltuğuna vurmağa hazırlaşırdı ki, əli əsalı güclə yeriyən bir qoca kişi ona yaxınlaşdı:-Qızım, tələsmə, bir az əmiyə duz ver.Bir ovuc, pulum azdır.Həlimə qocanın nurlu üzünə baxıb atasına oxşatdı.Kişiyə ürəyi ağrıdı. Bütün kisəni kişiyə uzatdı:-Əmi, götür, hamısını sənə verirəm. Pulsuz.
- Yox ,qızım ,yox, yox, bir ovuc bəsimdir.Tək adamam.Oğlanlarımın üçü də davadadır.Arvad da təzə rəhmətə gedib.
Həlimə kövrəldi:Əmi ,sən allah, götür.Sənə ağır olarsa mən səninçün evəcən aparım.
Həlimə kisəni kişinin evində qoyub qocanın xeyir-duasını eşidə-eşidə başını qaldıranda havanın qaraldığını gördü. Tez bazara qaçdı. Bazar bağlanmışdı.Oradan “kukuşka” dayanacağına qaçdı. “ Kukuşka” uzaqda idi. Həliməni ağlamaq tutdu.Sonuncu “kukuşka” getmişdi.
Kəndlərində on iki kilometr yol idi. Əlacsız qalıb tək-tənha kəndə üz qoydu.
Qıçları taqətdən düşmüşdü.Uzaqdan kəndin ışıqları görünürdü. Birdən bədheybətit sürüsü çıxdı qabağına Həlimənin. Qorxmasa da xoflandı.Sanki ürəyi ağzına gəldi. İtlər dəhşətli ahənglə hürə - hürə ona sarı gəlməyə başladılar.Az qaldı qızın ürəyi partlaya. Yadına tez atasının sözləri düşdü. İtlərə rast gəlsən yerə uzan sənə toxunmazlar.
Həlimə evə gələndə atasını darvazanın ağzında gördü. Atası Kərbəlayi Əzim qızı görəndə bərk qorxdu:- Qızım, hardasan , məni öldürdün ki...Üst-başın gör nə gündədir?
-Ata qorxma it sürüsünə rast gəlmişdim,yerə uzandım.Bir şey olmayıb. “Kukuşka” ya gecikdim,ona görə piyada gəlmişəm.
-Necə?Qızım kəndə piyada gəlmisən. Kəbleyinin gözü doldu.v
Qızım niyə atanı incidirsən? Deyirəm , qoy mən satım, qoymursan.Sən qız uşağı on altı yaşın var.Sən gələnəcən bağrım çatlayır.Nigaran qalıram. Qızım, qoy sabahdan özüm gedim duz satmağa
- Yox, ata, sənin oğlun yoxdur. Mən sənin böyük qızınam.Oğul əvəzinəm.Mən sənin elə qaz idarəsində də fəhləlik eləməyinə razı deyiləm.Ata axı sən yorulursan, yaşın da o yaş deyil.
- Yox, qızım,müharibədir. Mən işləməliyəm.
- Anam hanı, dədə?
- Elə indi yatdı qızım, yorulmuşdu yazıq.
Həlim ürəyində anasından incidi. Mən gec gəlmişəm,osa yatıb. Atam amma....
Eh .... yazıq arvad yorulub da. Bilir ki, gələcəyəm, mən də oğlan kimi bir şeyəm-deyə öz-özünə təskinlik verdi.
Həlimə bərk acmışdı.Qazanın qapağını qaldırdı.Bom-boş idi. Beş altı dənə düyü yapışmışdı. Bilinirdi ki, qazanda şorba olub.
Əlini çörək süfrəsinə atdı.Süfrənin içində yel vurub yengələr oynayırdı. Ürəyi acından daha da siyrildi. Uzaqdan qızı seyr edən atası:
-Qızım sənin bu anandan heç adam olmaz. Payıvı gücnən yedizdirdi qonşuya. Nə qədər köz ağartdım,xeyr olmadı.Ölür də bu arvad yaddarçün. Düzdüre qızım insanlara məhəbbət bəsləmək lazımdır.Ancaq əvvəl özününkülərə, sonra yada.
Həlimə anasını da çox sevirdi.Amma onun bu biganəliyindən ürəyində küsürdü...
Kərbəlayi Əzim çaydan qurtum ala-ala qızı Həliməni düşünürdü: eh, Allah oğlanlarımı saxlamadı.Dörd oğlu itirəsən, dörd yaşları olmamış. Qısmət belə imiş. Fələyin pozduğunu yazmaq olmaz.Həlimə elə oğuldu da mənə.Qeyrətli qızımdı mənim.
Həlimə acından yata bilmirdi. Bu gün ağzına heçnə dəyməmişdi.Səhər çörək payını bacısı Havanisəyə vermişdi ki,ağlamasın.Havanisə də doyan deyildi. On adamın payını da versən elə istəyirdi.Naharda bazardaydı.Qızlar piroşki alıb yeyəndə Həlimənin ürəyi gəlməmişdi pul versin piroşkiyə . Yalandan demişdi ki, acımamışam, səhər çox yemişəm. Şam yeməyini də qonşu Mahunbanu yemişdi. Yemək haqda fikirləşə-fikirləşə qızı yuxu apardı.
Ertəsi gün Həlimə günorta olmamış duzunu satıb qurtardı. Sevinirdi. Atası tapşırmışdı ki,vaxt olsa bibinə dəyərsən, gör necədirlər?
Dram teatrının arxasında Şaxski döngəsində üç –mərtəbəli qəşəng binanın zənginin düyməsini basdı.Qapını qulluqçu açdı.
- A, Həlimə nə yaxşı gəlmisən, salam, bibi elə səndən nigarandı.Ay bibi,bibi qardaşın qızı gəlib.
- Ay qardaşımın balacasına qurban olum
Xoş gəlmisən, atan necədir?
Həliməni bağrına basıb öpdü.
Sağ ol ,bibi,pis deyil, atam. Elə səhər mənə dedi ki, bir sizə baş çəkim.
- Qalacaqsan bibinin yanında?
- Bəli,bibi.
- Lap yaxşı-deyə bibi sevindi.
- Pikəxanım hanı, bibi?
- Dərsini hazırlaşır. Kişi gələnəcən gərək dərsləri hazır ola.
Bibinin əri inqilabdan qabaq Bakı milyonçularından olmuşdu.İndi də vəziyyəti pis deyildi. Işıq idarəsində müdir idi.O dövrün adamlarından sağ-salamat qalanlarından yeganə adam idi. Sirrini də heç kim bilmirdi. Uşaqları da olmadığından dostu Molla Əbdülün qızını övladlığa götürmüşdü. Qızı yağ-bal içində saxlayırdılar.
Bibi Həlimədən soruşdu:-Qızım,nahar yemisən? Biz indi yemişik , sənə də bir şet verim?
- Yox bibi-deyə Həlimə həmişəki tək yalandan-İndi demişəm-dedi.
Pikəxanım Həlimə ilə qucaqlaşdı.Ordan burdan söhbətləşib , dərdləşdilər
Axşam Qoçəli müəllim işdən gəldi.Həlimə ilə başı ilə salamla- şıb, içəri otağa keçib yeni kostyumunu geydi.-Ay qız, hazırlaşın kişinin ad günüdür.Ora gedirik. Söz goçəli müəllimin ağzından çıx- mamış bibiylə Pikəxanım geyinməyə başladılar.Pikəxanım atasına yalvarışla dedi:Ata,bəlkə Həliməni də aparaq? Atsı nə təhər gözünü ağartdısa qızı bərk qarın ağrısı tutdu.
Bibi Həliməni qucaqlayaraq,-Qızım bir iki saata gəlirik,darıx ma.
Gecə Həlimə dünən olduğu kimiacından yata bilmirdi.
Bibisigil qonaqlıqdan gələn kimi yatdılar.Həliməyə heç yemək təklif eləyən də olmadı. Acından ürəyi bulanırdı. Gəlib krantı açıb iştaha ilə su içməyə başladı. Daha da ürəyi qalxdı.Birdən məhəccərin qırağında bir parça quru çörək gördü.Çörəyi qamarlayıb yerinə girdi. Xımır-xımır daşa dönmüş taqqanağı yeməyə başladı. Dişi kəsmədiyindən xırt-xırt səsi otağa yayılırdı. Pikəxanım yuxudan ayılıb bağırmağa başladı;- Ana, ay ana, siçan, siçaan. Ər-arvad, ikisi də yuxudan ayılıb geyinməyə başladılar. Xırt- xırt elə gəlirdi. Həlimə ağ-zında quru çörək səsini kəsdi, özünüyatmış göstərmək üçün gözlərini yumdu.
Otaqda siçan tapılmadı. Axırda yatdılar. Pikəxanım qorxudan səhə-rəcən yatmadı. Onin yatmadığını görən Həlimə quru çörəyi də yeyə bilmədi. Sübh saat altı olan kimi xudahafizləşmədən evlıərinə yollandı.
Səhər bibi bütün qonşuları başına yığmışdı:-Ağəz, bizim evdə heç siçan olmaz. Heç bilmirəm haradan peyda oldu. Səhərəcən Pikəxanım qorxudan yatmayıb.
Həlimə evə çatan kimi atası soruşdu:-Hə qızım,yaxşı keçdi. Bibigil yaxşıdılar?-Hə ,ata, lap yaxşıdılar.
Ac qalmadın ki?-Yox,ata, çox yemişəm orda. Dünən o qədər yemi-şəm ki,hələ heç bir həftə acmaram. – lap yaxşı,qızım, nuş canın.
Atası sevindi. Həlimə də sevindi. Ona görə sevindi ki, atasını sevindirdi.
16.06.1994- Bakı
***
Qulaqsız
Bu il qəşən gəlməsinə baxmayaraq hələ bağdan köçməmişdik. Bağın qışda ləzzəti ayrı imiş. Bayırda dəhşətli soyuq, içəridə isti peçin hərarəti xü-susi zövq verirdi.
Adəti üzrə yerə döşənmiş xalça- palazın üstündə oturub beş daş oyna- yırdıq. Yaşda hamımızdan balaca olan Mətin oyunun dördüncü mərhələsində daşı çox yuxarı atırdı. Az qalırdı ki, daş tavana dəysin. Bu dəfə də daşı hün -dürə tullayanda nəfəslikdən bir əl daşı tutdu, əl qeyb oldu, damdan ayaq səs- ləri gəlməyə başladı. Çox qorxduq. Dedik görən qonşu uşaqlardan kimsə bizim uşaqlarla zarafatlaşır. Dedim: hə, uşaqlar tez nərdivana çıxın,görün, damda kimdi? Bu vaxt dam deşildi, bir ayaq sallandı. Tez Mətin tullanıb ayaqdan yapışdı, sevincək sallanan ayağı fasiləsiz dişləməyə başladı. Sallaq ayaq ağrıdan fırfıra kimi fırlanıb sarmanmış Mətini yerə tullayıb yox oldu. Mətin otağın sağ tərəfindəki çarpayıda yatmış dayım oğlu Vüsalın üstünə düşdü.Yuxudan səksəkəli ayılan Vüsal bağırmağa başladı. Əvvəlki qorxu ilə yeni yaranmış səksəkə bir birinə qarışdı.
Mətin dəvəquşudək hppana-hoppana üzü yola qaçmağa başladı. Yolda bir qaraltının sürətli qaçdığını gördü.O,qaraltının becid qaçışları ilə izləməyə, daha doğrusu tutmağa çalışırdı. Qaraltı ələ keçəcəyini görəndə yanakı vəziyyətdə uçmağa və qəhqəhə ilə gülməyə başladı. Mətin bundan bərk əsəbləşdi. Koroğlu nərəsinə bənzər bir qışqırığla bağıraraq sürətlə götürüldü.
Əsəbi qaçış qaraltının yaxalanması ilə başa çatdı.Amma,xeyir olmadı. Qaraltı göyə uçmağa başladı. Sonra göy üzündə itdi,qeyb oldu.
Mətin evlərinə tərəf gəldi. Hamının üzündə heyrət vardı. Belə qənaət hasil olurdu ki,son vaxtlar mətbuatda müxtəlif adamların ruhlarla göruşməsi,uçan boşqablar haqqındakı məlumatlar düz imiş. Mətin bunlara həmişə inanmışdı . Bu gün bu müəmmalı həqiqətlərə bir daha inandı.
Evə döndü Mətin.Öz-ozünə düşünürdü:görək kimin ruhu olar bu Qaraltı, “özünü göstərdi, sonra da yox oldu...” Sonra bir mahnı yadıma düşdü:
Ruhum bədəndə oynar...
Deməli,mahnılarda da ruhdan söhbət gedir.Bəlkə burada ruh başqa mənada işlənir.Görürsən bir şair deyir: filankəs mənə ruhən yaxındı,ona görə əsərlərini dilimizə çevirdim.Yox,burada elə ruh öz mənasında,qorxulu mənada işlənib.
Elə bu vaxt Mətinin başına bir qapaz dəydi.Fikirləri alt-üst oldu,özü də yerindən dik atıldı.Sanki yumşaq yerinə iynə batırdılar.
Qaraltı dumanlı görünürdü.Elə bil kimsə karandaşla siluet çək- mişdi.Qaraltı dilləndi:-Mənim haqqımda fikirləşirsən? Bayaq nə düşmüş- dün dalımca,heyvərə.
Mətin təəccüblə qaraltını süzdü. Bir ildən artıq karate ilə məş- ğul olmuş Mətin Qaraltıya cəld qoşatəpik vurdu.Qaraltının heç vecinə də deyildi.Ruh qəhqəhə ilə gülməyə başladı.Qaraltı kinayə ilə:- “Cəsarətə bax, mədəniyyətsizliyə,qanacağına bax,qonşuya təpik atırsan”. Mətin: -Sən qonşusan , sən ruhsan, ay alçaq. Bayaqdan dəli eləmisən bizi. Adın nədi sənin?
- Adım Vaqarşakdır. Soyadım Tavakalyan...Atamınkını bilmirəm, heç anam da bilmir.
- Biçsən?!-deyə Mətin təkəbbürlə soruşdu.
-Mən yox, əcdadım-deyə fəxarətlə öyündü.
-Yaxşı, nə istəyirsən,bizdən,cəhənnəm ol da! Bilmirsən biz sizinlə düşmənik.Qapımıza gətirdik,çörək verdik. Qudurdunuz. Nə olar, nökər olanda,sizi heç kim nökər saxlamırdı, biz saxladıq. Kim sizi yaxın buraxırdı,qızlarınız da fahişə...Sonra torpaq istəyirsiniz.
- Sən bizdən nə gözləyirsən? Bilmirik əslimiz – nəslimiz hara- dan gəlib,kimdən tərəmişik, bəs belə də olmalıdır.Verməyəydiniz bizə torpaq, çörək. Həmişə tarixdə siz türklər avam olmusunuz. Elə nə olur, yaxşı olur sizə
- Bunu Vaqarşak, düz dedin.
-Yaxşı -deyə Mətin soruşdu: bizə niyə evə soxulub gizlən- qaç oynayırsan.
- Göstəriş belədir. Bu gün daşnak ruhların qurultayında tapşı- rıq almışıq ki, bütün ruhlar türk evlərinə soxulub müsəlmanları qorxuzub psixoz vəziyyətinə salsınlar.Təkcə sərhəddəki qırğınla sizə bata bilmərik.
-Sizdən hər murdar hərəkəti gözləmək olar ,ay daşnak.
-Siz, daşnaq deyəndə elə bilirsiniz ki, bizi təhqir edirsiniz. Bununla da ürəyinizi sakitləşdirirsiniz. Biz bununla fəxr edirik!
- Bunu da düz deyirsən.
Mətin bir qədər keçəndən sonra dilləndi:-Vaqarik,sənə bir sualım var. Qarabağ məsələsi barədə nə fikirləşirsiniz?
-Heç nə. Yuxarının-Mərkəzin günahıdı. Bizə söz verdilər.İndi bir o qədər kömək eləmirlər.Eləyirlər e....sağolsunlar “20 Yanvar”da sizi qırdılar.Ordu bizim tərəfdədi. Amma şeytan açıq-aşkar sözünü elan eləmir. Kişi döür də...Biz də bir kişi döyürüke. Amma o da
Mətinin diqqətini bir şey cəlb etdi. Bayaq demə fikir vermə- yibmiş. Soruşdu-Sənin bir qulağın hanı? Sən ki, tayqulaqsan. Birdən Androkin nəvəsi olarsan aaa...
- Tayqulaq bircə bəyəm Andronikdi.Türklər o qədər erməni qolaqlayıblar ki... İndi nəsə şox bizə toxunmurlar.Amma sənə düzü- nü deyim, müstəqillik qazansaz, heç nə qanımız getdi. Görək də.Yu- xarını poçtu dilə gətirmişik,ara,söz verib ki, sizə müstəqillik verməsin.
Mətinin get-gedə əsəbdən bədəni əsirdi. Dedi:- Nə yaxşı, sən,sözün düzün deyirsən?
Qaraltı:- bəs demədim mərarımız sizi dəli eləməkdi, ara. Bax, belə dəli eləyərlər də adamı.Mətin cəld onun üzərinə tullandı. Yenə də qaraltı qəhqəhə ilə yoxa çıxdı. Amma sol qulağı Mətinin əlində qalmışdı.Deyəsən, onlara bundan sonra tayqulaq yox, bezqulaq, (bağışlayın rusca ifadəmə görə ) qulaqsız deyəcəklər.
1990
***
Bir dəfə yüksələn bayraq, bir daha enməz
(Nikbin finallı fəci məzhəkə)
Işıqlar qəfildən söndü.Neft lampasını məcmuə masasının üstünə qoydum. Özü də bərk əsəbləşmişdim. Çünki Ali Şuranın gedişinin təhlilinə həsr olunmuş “Aktual Ekran” verilişi olacaqdı.
Səbirsizliklə işıqların yanmasını gözləyirdim.Onu da dedim ki, bu axşam ikinci dəfə idi ki, işıqları söndürməklə əsəblərimə qəsd edirdilər.
Birdən elektrik şalbanında qısa qapanma- kontakt baş verdi. Sanki həyətdə ildırım çaxdı. Göy üzünə elektrik işığından “2001-ci il” rəqəmləri dalğavari yazılıb silindi. Qaranlıq tam işıqlıqla əvəz olunmuşdu. Günəşin şüası gözümü qamaşdırdı. 1902-ci ildə babam Məşədi Soltan tərəfindən bina edilmiş köhnə evlərimiz taxta evlərlə əvəz edilmişdi. Fastantik romanlar, filmlərdə keçmişə,gələcəyə getməyi oxumuş, görmüşdüm.İndi isə mən... keçmişdə idim. Sonra “2001- ci il” yazısı yadı- ma düşdü. Axı gələcək illəri yazıldı,amma keçmişə getdim. Tez aynanın qabağına qaçdım. Saçlarımda qara tükü ancaq ekspertlər tapa bilərdi, özü də ekspedisiya nəticəsində. Gözümdə eynək vardı. Əgər gələcəyə düşmü- şəmsə gərək qırx yaşın içində olaydım,2001-ci ildə hesablasaq. Amma güzgüdə özümə 60-70 yaş verirdim. Yəqin etdim ki,məni qara basır. Ola bilər başıma hava gəlib.Onsuzda son vaxtlar əsəbilərim tamam pozulmuş- du.
Həyətə çıxdım. Tanımadığım yeniyetmələr qonşu evdə görünürdü. Qonşu evdə məndən böyük qardaşıma oxşayan bir kişi məni “günaydın” deyə salamladı.Gördüm ki,bu qardaşım Məvsimdir.Amma başı dazdır. Yüz faiz aydınlaşdırdım ki, qardaşımdır. Çünki onunla hər səhər “Günaydın” deyə salamlaşırdıq.
Qardaşımın evinin və şüşələrinin damı yox idi.Dama əncir və mey- və yarpaqlarından hopmuş örtük səpilmişdi.Diqqətimi bir şey cəlp elədi və bərk əsəbiləşdim.Az qaldı beynimə qan sızsın.Amma sızmadı.Əlimi gicgahıma aparıb yoxladım,gördüm qan gəlmir.Burnum qanıyanda da belə yoxlayırdım həmişə.Əsəbilərimə təsir eləyən nə idi?Həmişə müsəlmançılıq- dan, türklükdən dəm vuran qardaşım balaqları dizə qədər cırılmış şalvar geymişdi.Rus dilində buna “şortik” deyirlər.Amma şortiklə bu cındır geyi- min fərqi var.Şortikin balaqları hökümət tərəfindən kəsilir, bununsa balaq- ları əl işi idi. Səliqəsiz kəsilmişdi,daha doğrusu cırılmışdı.Məsum geyimi- nə görə xəcalət çəkmirdi. Laqeydcəsinə səhər idmanı ilə məşğul idi.
Qardaşımdan soruşdum ki, bu il neçənçi ildir? Kəskin cavab aldım.
- Deməli, bilmirsən neçənci ildə yaşayırsan?
-Bilsəydim , soruşmazdım ki...
-2001-ci il . Səhər-səhər zarafatlarından qalmırsan. -Yaxşı, bu nə geyimdi, ayıbdır axı?Məhlədə qız –gəlin var? Balaqların hanı?
Qəhqəhə çəkdi:
-Lambarda qoymuşam balaqlarımı. Bəs sənin balaqların hanı? Ayaqlarıma nəzər yetirdim. Mən də cırıq,balaqsız şalvar geyinmişdim. “Ay ana, ay ana”-deyə vahimə içərisində bağırmağa başladım. Hönkür-hönkür ağlayırdım.
Qardaşım məni qucaqlayıb təskinlik verməyə başladı:
-Ayıbdı, bu boyda kişi ağlayır. Ağlama, məndə iki balaq var. Verərəm sənə yamayarsan. Amma heç kimə demə ki, vermişəm. Sonra küsərlər. Bacoğlu istəyib, verməmişəm.
Mən huşumu itirdim.Ayılanda başımın üstündə əli silahlı iki nəfər dayan- mışdı. Cavanı üstümə bağırırdı:
-Hə bağıra-bağıra ağlayırdın. Bilmirsən bizim cəmiyyətdə ağlamaq olmaz. Məhkəmə sənə ölüm cəzası kəsdi.Şəxsən yoldaş Qulyabanının əmridir. Məni yerdən sürükləyib dik qaldırdılar.
Küçəyə çıxıb “Pobeda” ya oturduq.Təəccübdən bağrım yarılırdı. İçərimdə yarğanlar əmələ gəlmişdi bəlkə də.
Filarmoniyadan yuxarı bir əzəmətli binaya gətirdilər.Binanı o saat tanıdım. Keçmiş MK idi. Cəlladlardan soruşdum:
-Bura haradır?
-Özünü axmağlığa qoyma. Güya tanımırsan?
-Yox vallah.
Yaşlı cəllad dilləndi:
-Sovet faşist ruhlu kommunistlərdən ibarət insanlığın məhvi partiyasının Mərkəzi Komitəsi.
-Yaxşı, məni kimin yanına aparacaqsınız?
-Əvvəlcə yoldaş Qulyabaninin yanına. Sonra bəlkə Qaniçənin.
-Onlar hələ sağdırlar?Təəccüblə soruşdub.
Cəlladlar eyni anda başıma qapaz və yumruğun vəhdətindən doğan yeni bir zərbə endidilər.
-Sən atavun goru,-dedim,- elə fiziki məhv eləsinlər də... hələ Durğunluqzadə Qaniçəni demirəm. Bir dəfəlik öldürsünlər də... Canımız qurtarsın.
-Kommunizm proqramının əleyhinə gedirsən? Nəslin yandırılacaq.
Yaxşı dedim, nəslimi də yandır. Amma bir iki sualıma cavab ver, sən Allahın.
Allah Qulyabanidir, yadında saxla.Suallarıvı de. Qəbula az qalıb.
Dedim:Niyə köhnə evlərdə yaşayırıq ?Evlərin damı yoxdur.Şalvarla- rımız yarımçıqdır.
-Elə danışırsan ki,elə bil başqa planetdən gəlmisən.
-Bəs cənnətdəki qır tiyanlarına nə tökək? Artıq meşələr qırılıb yox- dur. Həm də ağacla tiyan yananda insanlar gec məhv olur.Qır isə canı- nı çıxardır.Ləzzətdir!!! Qadın???
-Axı cənnətdə qır tiyanı yoxdur.Qır tiyanları sosializm cəmiyyətində- dir-yəni cəhənnəmdə.
-İndi bəs nədir,cəhənnəm deyil?İndi cəhənnəm cəmiyyəti deyil?
-İndi cəhənnəmdir?
-Bəs nə
-Onda məni cənnətə göndərin
Cəllad cavab verdi:-Sənin bəxtin onda gətirdi ki,qır tiyanında yandırılacaqsan
Birdən yaşlı cəllad elə bil kövrəldi.Özü özünə danışırmış kimi:-Bəxti var da.Cənnətlikdi. Eh... Bizsə cəhənnəmliyik. Cəhənnəmda ölüm də yoxdur. Eh...Kaş yenə 1991-ci il olaydı...
Mən dedim:-İkinci sualıma da cavab verin,rica edirəm.Niyə biz qırıq şalvarda gəzirik.?
-Ay bədbəxt,bəs partiyanı yamamaq üçün neyləyək? Day, satılası bir şey qaldı ki... Balaqları satırıq valyuta ilə Yaponiyaya.
-Neynirlər yaponlar balaqları?
-Beynəlxalq cındır sərgisi açırlar.Orada nümayiş etdirirlər.Pul qaza-nırlar bizim balaqlarımızdan .Həm də nimdaş parça sərgisində göstərir- lər.
-Bəs təzə parça ihteshal olunmur?
-Hədən?Bəs idealogiyanı nəylə yaşadaydıq?
Özümdən asılı olmayaraq cəlladlara qayıtdım:- Axmaq adamlarsınız! İkisi də birdən mənə elə şillə çəkdilər ki, ildırım çaxdı. Huşum itdi. Qulağıma müdrik,əzəmətli xoş bir səda nə isə deyirdi.Özü də eyni şeyi təkrar edirdi.Kəlmələri artıq aydın eşidirdim. “Bir kərə yüksələn bayraq,bir daha enməz”.
Demokratik respublika illərində düşşdüyümü hiss etdim.Huşsuz halda hədsiz sevinirdim,dəhşətli anlardan xilas olmuşdum.Xoşbəxt illərə tale məni atmışdı.Birdən...fikirləşdim ki, gözlərimi açmayım.Birdən aprel ayı olardı. Sonra yetmiş il insanlığın məhvini hiss etməliydim.Gözümü açmağa qorxdum. O qədər axmağdım ki, artıq doğurdan da aça bilmirdim. Üzümə şillələr vuraraq ayılmağa çalışırdım.Düz 68 şillədən sonra gördüm ki, Azadlıq meydanındayam. Pişvazıma milyonlar çıxıb. Sevindiyimdən üzümə 3 şillə də çəkdim.Gördüm Çəmbərəkənddəyəm. Bir binanın qarşısında camaat toplaşıb. Var gücləri ilə müstəqillik tələb edirlər.Bir cavandan soruşdum:- Müstəqillik olacaq? Dedi:-Qaqaş,haqq yerini tutmalıdır. Tarix də səhv eləyir. Sroku 40 gün idi.70 il çəkdi.
-Axı mən 2001-ci ilə getmişdim. Yenə hakimiyyət onların idi.
-Yox qaqaş,yuxu görmüsən.Səndə taqsır yoxdur.Xoff hələ canımızda- dır.
Bir nurani ixtiyar qoca söhbətə qoşuldu:
-Bala, “bir kərə yüksələn bayraq,bir daha enməz
10.XI.1991 |