VÜQAR ƏHMƏDİN ÖZ DEYİM VƏ YAZI DİLİ VAR
Yaradıcılığını izlədiyim qələm, söz sahiblərindən biri də Vüqar Əhməddir. «Gözəl məkan - Nəqşicahan» İstirahət Mərkəzində şairin yaradıcılıq gecəsində iştirakımdan çox məmnunam. Vüqarın təzə şerlərini dinlədim, çox xoşuma gəldi.
O, bizim klassiklərə, yaşlı nəslə mənsub şairlərin yaradıcılığına hər zaman həssas yanaşmış, onların poeziyalarından bəhrələnmiş və poeziyamıza öz töhfələrini vermişdir.
Şerlərini nəğmə üstə yazan şairin öz deyim və yazı dili var, heç kimi təkrarlamır. Vüqar poeziyamızda öz inamlı addımlarını atır. İnanıram ki, Vüqar bundan sonra öz oxucularını təzə-təzə şerləri ilə sevindirəcək və onlara mənəvi zövq verəcək.
Məmməd Araz,
xalq şairi
P.S. Bu sözlər xalq şairi Məmməd Arazın «Gözəl məkan - Nəqşicahan» İstirahət Mərkəzində keçirilən Vüqar Əhmədin yaradıcılıq gecəsindəki çıxışından götürülüb.
|